"Qarabağ"ın rəqibində daha 3 yoluxma

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un daha 3 nəfər koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Sözügedən şəxslərdən 2-sinin futbolçu, 1-nin isə klub işçisi olduğu bildirilib. Onlar artıq karantinə alınıb.

Bunadək Türkiyə klubunda 6 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.
 
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Sivasspor”u qəbul edəcək. Noyabrın 26-da “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.