"Qarabağ"ın rəqibində itki

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sivasspor" itki ilə üzləşib.

Sportline.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın 5-ci turunun "Kayserispor"la səfər oyununda (3:1) zədələnib.

Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub. Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda noyabrın 5-də "Qarabağ"la keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, Sivasda keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlanacaq.