"Qarabağ"ın rəqibində son durum

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin V turundakı rəqibi  - "Makkabi" meydana ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, cəzalı olduğu üçün Enrik Saborit matçı buraxacaq. İspaniyalı müdafiəçi "Vilyarreal"la oyunda sarı vərəqə limitini doldurub.

Sözügedən matçda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.

Dekabrın 3-də İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.