"Qarabağ"ın rəqibində son vəziyyət

Avropa Liqasının İ qrupunun 2-ci turunda "Qarabağ"la qarşılaşacaq "Vilyarreal"da zədəli fuolçuların durumuna aydınlıq gəlib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanı zədəli oyunçuları Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçda oynamayacağı dəqiqləşib. Pervis Estupinyanın da sözügedən görüşdə iştirakının çətin olduğu vurğulanıb.

Jerar Moreno və koronavirusdan sağalan Sofian Çaklanın "Qarabağ"la oyuna hazır olduğu bildirilib. Dizində zədəsi olan Funes Morinin isə görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, "Qarabağ"ın Avroliqanın qrup mərhələsinin 2-ci turunda oktyabrın 29-u "Vilyarreal"la qarşılaşacaq. Dağlıq Qarabağdakı gərgin vəziyyətlə əlaqədar görüş Bakıda yox, Türkiyənin “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.