"Qarabağ"ın sabiq futbolçusu 38 yaşında klubunu dəyişdi

"Qarabağ" klubunun sabiq futbolçusu Sergey Kravçenko 38 yaşında yeni kluba keçib.

Sportline.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Ukraynanın II liqasında çıxış edən "Çernomorets"lə müqavilə imzalayıb.

Ukraynalı oyunçunun Odessa təmsilçisi ilə sözləşməsinin müddəti göstərilməyib.

Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mpvsümündə "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub. O, son olaraq "Dnepr-1"in uğurları üçün çalışıb.