"Qarabağ"ın sabiq məşqçisi məşhur klubda

"Qarabağ"ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri məlum olub.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Kopenhagen"də çalışacaq.

Bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, son olaraq İspaniyanın "Valensiya" klubunun U-18 komandasının baş məşqçisi kimi çalışıb.