"Qarabağ"ın sabiq oyunçusu Kadinin yeni komandası müəyyənləşib

2021-2023 mövsümlərində "Qarabağ'ın şərəfini qoruyan braziliyalı oyunçu Kadi Borqeş karyerasını Macarıstanda davam etdirəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 28 yaşlı futbolçu "Krasnodar"dan "Ferensvaroş"a transfer olunub.

Transferin detalları hələki məlum olmasa da, keçidin icarə əsasında deyil birdəfəlik baş tutacağı qeyd olunur.

Qeyd edək ki, Kadi Borqeş "Qarabağ"da çıxış etdiyi dövr ərzində 75 oyunda 28 qol və 28 məhsuldar ötürmə ilə oynayıb. Daha sonra yarımmüdafiəçi 2 milyon avro qarşılığında Rusiyanın "Kransodar" klubuna transfer olunub. "Buğalar"ın heyətində ümumillikdə 33 oyuna çıxan Kadi bu görüşlərdə 4 qol və 3 asistlə yadda qalıb.