"Qarabağ"ın Türkiyə planı dəqiqləşdi
"Qarabağ"ın qış hazırlıq planı dəqiqləşib.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq.
Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək. Komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Artıq 3 rəqibin adları və bu oyunların keçiriləcəyi tarixlər məlum olub.
“Qarabağ” yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i Ukraynanın "Mariopol" və fevralın 3-ü isə Monteneqronun "Mladost" komandasıyla qarşılaşacaq. Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.