"Qarabağ"ın zədəli futbolçusunun durumu açıqlanıb

Azərbaycan Premyer Liqasının XIX turunda "Sabah"la oyunda zədələnən "Qarabağ"ın futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, rentgen müayinəsindən sonra 21 yaşlı müdafiəçinin zədəsinin ciddi olmadığı üzə çıxıb.

Klubdan o da bildirilib ki, bu gün MRT müayinəsi nəticəsində Bayramovun durumuna tam aydınlıq gələcək: "Hazırda zədənin ciddi olmadığı görünür. Futbolçu tezliklə məşqlərə başlaya biləcək. Yekun nəticə MRT-dən sonra bilinəcək".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə bitib. Tural Bayramov 26-cı dəqiqədə zədələnib və onun yerinə meydana Elvin Cəfərquliyev daxil olub.