Qurban Qurbanovun 300-cü qələbəsi

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, yubiley Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Öz meydanında “Qəbələ”yə 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.

Qeyd edək ki, 2008-ci ilin yayından “Qarabağ”ın sükanı arxasında olan Qurban Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb.

Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.