Qaret Beyl yeni klubunda
"Los-Anceles" uelsli ulduzu Qaret Beyli ictimaiyyətə təqdim edib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Beyl azad agent qimində qoşulduğu MLS klubunda 11 nömrəli formanı geyinəcək.
O, "Los-Anceles" ilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Sauthempton"un yetirməsi olan Beyl 2013-2022-ci illər aralığında "Real Madrid"in formasını geyinib.