Qarsiya Moskva "Spartak"ında
Moskva "Spartak"ı heyəti gücləndirib.
Sportline.az xəbər verir ki, Rusiya klubu AEK-dən Livay Qarsiyanı sıralarına qatıb.
27 yaşlı hücumçu bu gün tibbi müayinədən uğurla keçib.
Qeyd edək ki, Trinidad və Tobaqo millisinin üzvü bu mövsüm meydana çıxdığı 20 oyunda 10 qol və 3 asist müəllifi olub.
Onun transfer dəyəri 15 milyon avrodur.