Qasperini: "İtaliya çempionatı son illərdə əhəmiyyətli irəliləyiş əldə edib"

İtaliyanın “Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini ölkə çempionatının irəliləyişi barədə danışıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 66 yaşlı mütəxəssis UEFA-nın rəsmi saytına verdiyi müsahibədə :"Düşünürəm ki, İtaliya çempionatı son illərdə ciddi irəliləyiş əldə edib.Komandalarımız finala yüksəlir, UEFA reytinqində mövqelərimizi yaxşılaşdırmışıq.Komandama gəldikdə isə, belə matçlar klub inkişafı üçün çox önəmlidir" fikirlərini səsləndirib.

Qeyd edək ki, "Atalanta" bu gün UEFA Avropa Liqasının finalında "Bayer 04"lə qarşlşaçacaq.Dublin şəhərində keçiriləcək oyun saat 23:00-da başlanacaq.