Qazaxıstan - Azərbaycan görüşünün məkanı açıqlandı
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan seçməsi ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu il iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Nur-Sultan şəhərindəki “Astana Arena”da təşkil olunacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.