"Qəbələ" cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda aşağıdakı qərar qəbul edilib:
Topaz Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Kəpəz” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.