"Qəbələ" final oyununa ciddi itki ilə çıxacaq
"Qəbələ"nin kapitanı Asif Məmmədov Azərbaycan kubokunun finalında "Neftçi"yə qarşı oynamayacaq.
Sportline.az xəbər verir ki, buna səbəb 35 yaşlı yarımmüdafiəçinin sarı vərəqə limitini aşmasıdır.
O, yarımfinalda "Səbail"lə həm ilk matçda (3:2), həm də cavab görüşündə (1:0) sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Qəbələ" və "Neftçi" arasındakı həlledici oyun iyunun 3-də olacaq.