"Qəbələ" fitnes zalında məşq etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” 2017-2018 mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.
SportLine.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, toplanışının ikinci günündə "qırmızı-qaralar” erkən saatlarda məşqlərə start verib. Komanda ilk olaraq fitnes zalında məşq edib.