"Qəbələ" futbolçusu Prins Ovusu ilə müqavilənin müddəti uzadıb

"Qəbələ" futbolçusu Prins Ovusu ilə müqavilənin müddəti uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı vingerin yeni sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, qanalı futbolçu  “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib. O, ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.