Yunis Hüseynovun debütü darmadağınla yadda qaldı
Bu gün Topaz Premyer Liqasında 13-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.
Çempionluq uğrunda mübarizə aparan "Qəbələ" işləri heç də qaydasında getməyən "Kəpəz"in qonağı olacaq. "Radarlar" qələbə qazanmaqla liderlik iddiasını davam etdirəcək. Gəncə təmsilçisi isə sonuncu pillədən yaxa qurtarmaq üçün 3 xala ehtiyac duyur.
25 noyabr 2017
TPL, 13-cü tur
“Kəpəz” – “Qəbələ” - 1:6
QOLLAR: Baqali Dabo, 1 (0:1); Stiven Monroz, 14 (0:2); Famussa Kone, 40 (0:3), Baqali Dabo, 54 (0:4); Kərim Diniyev, 56/p. (1:4); Ruslan Qurbanov, 65 (1:5); Famussa Kone, 78 (1:6)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu