"Qəbələ" komandasında üç itki

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXX turunun “Turan Tovuz”la evdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.

Sportline.az xəbər verir ki, komandanın 3 futbolçusu məşqə qatılmayıb.

Ahmed Ayzaya, Ülvi İsgəndərov və Murad Musayev zədə səbəbindən hazırlıq prosesində iştirak etməyib.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Turan Tovuz” görüşü saat 16:30-da başlanacaq.