"Qəbələ" "Neftçi"dən güclü oldu

Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Neftçi" və "Qəbələ" yoxlama matçında üz-üzə gəlib. SportLine.az xəbər verir ki, Bakıxanov qəsəbə stadionundakı təlim-məşq bazasında keçirilən oyunda "radarlar" üstün olub.

"Neftçi" - "Qəbələ" - 1:2
QOLLAR:
Elvin Məmmədov, 22 (0:1);  Famussa Kone, 57 (0:2);  Mirabdulla Abbasov, 87 (1:2)