"Qəbələ" növbəti görüşə çıxacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, bölgə təmsilçisi Rumıniyanın aşağı liqa klubu olan "Çiksereda" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 

"Qəbələ" Boludakı ilk matçında "Qaziantep"ə 1:2 uduzmuşdu.

17:00. “Qəbələ” – “Çiksereda” (Rumıniya)