"Qəbələ" Omar Hani ilə razılaşıb
"Qəbələ"nin legioneri Omar Hani növbəti mövsümdə də bu komandanın şərəfini qoruyacaq.
Sportline.az xəbər verir ki, müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçu ilə yeni anlaşma imzalanacaq.
İordaniyalı oyunçu ilə şifahi razılıq əldə olunduğu bildirilir.
Qeyd edək ki, Omar Hani 2021-ci ildən "Qəbələ"nin formasını geyinir.