"Qəbələ" - "Qarabağ" duelinin vaxtı bəlli oldu

Topaz Premyer Liqasında IX turunun oyun cədvəli açıqlanıb. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 3 gün davam edəcək tura “Səbail” və “İnter” arasında paytaxt derbisi ilə start veriləcək.

Turun son matçında isə “Qəbələ” ilə “Qarabağ” qarşılaşacaq. Turun mərkəzi oyunu oktyabrın 22-də saat 18:30-da başlayacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası
IX tur
20 oktyabr (cümə)


18:00. “Səbail” – “İnter”
“Dalğa Arena”

21 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu

17:00. “Sumqayıt” – “Zirə”
Sumqayıt şəhər stadionu

22 oktyabr (bazar)

18:30. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu