"Qəbələ" üç futbolçu ilə vidalaşdı
“Qəbələ”ni tərk edən 3 futbolçu müəyyənləşib.
Sportline.az xəbər verir ki, Bu barədə matc.az saytına komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib. O bildirib ki, fransalı yarımmüdafiəçi Nikolas Raysel, nigeriyalı Ceyms Adeniyi və gürcüstanlı Merab Qiqauri növbəti mövsümdən başqa klubun formasını geyinəcəklər.
Çalışdırıcının sözlərinə görə, klub Raysel və Adeniyeyə istədiyi maaşı verə bilmir. Bu səbəbdən onlarla müqavilənin müddəti artırılmayıb. Adeniyenin digər Premyer Liqa klublarından birinə keçəcəyi gözlənilir. Merab Qiqauri isə artıq “Keşlə” ilə anlaşıb.