"Qarabağ" Qəbələdə xalsız qaldı

Bu gün Topaz Premyer Liqasında 9-cu tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma olacaq. Son çempion "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək.

İlk dövrədə rəqibindən güclü olan Ağdam təmsilçisi, bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. Qurban Qurbanovun komandası qələbə sayəsində zirvədəki yerini bərkidəcək. "Radarlar" isə "Zirə"nin xal itkisindən yararlanmaq arzusundadır. Əldə ediləcək 3 xal Roman Qriqorçukun komandasını 2-ci pilləyə yüksəldəcək.

Qarşılaşmanı Ömər Paşayev idarə edəcək.


22 oktyabr 2017
TPL, 9-cu tur

“Qəbələ” – “Qarabağ” - 1:0
QOL:
Asif Məmmədov, 8 (1:0)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

Standings provided by Sofascore LiveScore