"Qəbələ" - "Zirə" matçı təxirə salındı?
Azərbaycan Premyer Liqasında keçirilən "Qəbələ" - "Zirə" matçı qara görə dayandırılıb.
Sportline.az məsələ ilə bağlı Peşəkar Futbol Liqasının mətbuat katibi Aslan Şahgəldiyevlə əlaqə saxladı.
Onun sözlərinə görə oyun hələlik təxirə salınıb: "Matçın davamı sabah 12:30-da olacaq. Oyun 66-cı dəqiqədən etibarən davam edəcək".
Qeyd edək ki, 66 dəqiqə ərzində hesab açılmayıb.