"Qəbələ" "Zirə"ni məğlub etdi
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib. Hesabı oyunun əvvəlində "Zirə"dən Hamidu Keyta açıb. Lakin fasilədən sonra "Qəbələ"dən İsnik Alimi penaltidən bərabərlik, Rafael Utziq isə qələbə topunu vurub.
Qeyd edək ki, "Zirə" hazırda Premyer Liqada 35 xalla 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.
27 mart
16:00. "Zirə" - "Qəbələ" - 1:2
Qollar: Hamidu Keyta - İsnik Alimi-pen, Rafael Utziq