Qəbələdə oyun qara görə dayandı
Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” - “Zirə” matçı hazırda əlverişsiz hava şəraitində keçir.
Sportline.az xəbər verir ki, bu gün səhərdən yağan qar Qəbələ şəhər stadionunu ağa bürüyüb. Sonradan meydan təmizlənsə də, oyunun gedişatı zamanı ot ortüyünü yenidən qar ortüb.
Bununla yanaşı top hərəkət etdiyindən hakim bir müddət oyunu dayandırmayıb. Lakin sonradan artıq oyun dayandırılıb və meydanın qardan təmizlənməsi başlanıb. Bu prosesin 30 dəqiqə davam edəcəyi bildirilib.