"Qəbələ"də yeni təyinat
“Qəbələ”də yeni təyinat gerçəkləşib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi vəzifəsinə Emin İmaməliyev təyin olunub.
Bunadək klubun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.
Xatırladaq ki, 2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb.