Qəbələdəki daha bir oyunun vaxtı dəyişdirilib

Peşəkar Futbol Liqasında (PFL) Qəbələdəki daha bir oyunun vaxtını hava şəraitinə görə dəyişib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 16-da təşkili planlaşdırılan I Divizionun XVIII turundakı “Qəbələ-2” – “Səbail-2” görüşü 14:00-dan 13:00-a keçirilib.

Bundan əlavə, "Zaqatala” – MOİK matçı da eyni saatda start götürəcək. “Qəbələ-2” – “Səbail-2” görüşü Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" - "Zirə" oyun ötən gün qara görə təxirə salınmışdı.