"Qəbələ" Antalyada iki qrupa bölündü
Mövsümün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 9-cu gününü başa vurub.
Roman Qriqorçukun komandası günü bir məşqlə tamamlayıb. “Qırmızı-qaralar” iki qrupda məşq edib. Qruplardan biri fitnes zalında fiziki hazırlıq üzərində çalışıb. Digər futbolçular isə meydançada toplu çalışmaları icra edib.