"Qəbələ"nin düşərgəsində son durum
“Qəbələ” komandası bu gün Azərbaycan Premyer Liqasının XXXIV turunda “Turan Tovuz”la qarşılaşacaq.
Əyalət təmsilçisi ev oyununa hazırlıq prosesini başa vurub.
Klubun mətbuat katibi Anar Hacıyevin Sportline.az saytına verdiyi məlumata görə, “qırmızı-qaralar” oyunqabağı məşqi tam heyətlə yekunlaşdırıb.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Turan Tovuz” matçının start fiti saat 18:00-da səslənəcək.