"Qəbələ"nin futbolçusu Kipr klubuna transfer olunur
"Qəbələ" ilə müqaviləsi başa çatan futbolçusu Stefan Vukçeviç karyerasını "Enosis"də (Kipr) davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə yerli "Themasports" məlumat yayıb. Bildirilir ki, tərəflər artıq razılıq əldə ediblər. Yaxında 25 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanacağı gözlənilir. Monteneqrolu oyunçu ilə sözləşmə imzalanması üçün bəzi detallar qalıb.
Qeyd edək ki, Stefan Vukçeviç 2020-ci ilin avqustundan "Qəbələ"də oynayırdı.
Xatırladaq ki, "Enosis" bundan əvvəl "Qəbələ"dən ayrılan Fernan Lopesi də heyətinə qatmışdı.