"Qəbələ"nin futbolçusu "Xəzər"də
"Xəzər" klubu qış fasiləsində daha bir futbolçu ilə anlaşıb.
Sportline.az xəbər verir ki, Ramil Həsənov "Qəbələ"dən mövsümün sonuna qədər icarəyə götürülüb.
21 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt”da keçirib. Qeyd edək ki, Ramil Həsənov 21 yaşlılardan ibarət yığmanın heyətində də yer alıb.