"Qəbələ"nin müdafiəçisi azı bir aylıq sıradan çıxıb

"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanovun müayinəsinin cavabı məlum olub. Sportline.az xəbər verir ki, Topaz Premyer Liqasının XI turunda "Səbail"lə görüşdə (3:1)  xəsarət alan futbolçunun əzələsində yırtıq aşkarlanıb. 31 yaşlı arxa xətt oyunçusu azı 1 ay oynamayacaq.

Qeyd edək ki, hazırda Stiven Monroz, Vitali Vernidub və Filip Ozobiç komandanın kollektiv məşqlərinə qatılmır.