"Qəbələ"nin sabiq məşqçisi Premyer Liqa klubunda
“Qəbələ”nin sabiq məşqçisi Andrey Syominin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, o, "Rotor"un məşqçilər heyətinə daxil olub. Bu barədə Rusiya klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, "Rotor" Rusiya Premyer Liqasında 18 xalla 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, A.Syominin son klubu "Lokomotiv" olub.
O, 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olan atası Yuri Syominin köməkçisi vəzifəsində işləyib.