"Qəbələ"nin zədəli futbolçusunun son durumu
Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"la cavab görüşündə zədələnən "Qəbələ"nin futbolçularının durumuna aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, həmin oyunun ilk hissəndə xəsarət alan Anar Nəzirov artıq məşqlərə başlayıb.
Zədələnən digər futbolçu Vinko Medimoreç isə hazırlıq prosesinə qatılmır. 25 yaşlı müdafiəçi MRT müayinəsindən keçsə də, nəticələr hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, "Qəbələ" həmin oyunda "Qarabağ"a 0:3 hesabı ilə uduzub. İlk görüşdə 3:0 hesablı qələbə qazanan Ağdan klubu növbəti mərhələyə yüksəlib.