Qətər - Azərbaycan görüşünün yeri rəsmən açıqlandı
DÇ-2022-nin seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan görüşünün yeri açıqlanıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün bu barədə UEFA-dan AFFA-ya rəsmi məktub daxil olub.
Martın 27-də keçiriləcək Qətər – Azərbaycan oyunu Avstriyanın Vyana şəhərində təşkil olunacaq. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.
Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.