Qılıncoynatma üzrə Azərbaycan çempionatı keçirilir
Qılıncoynatma üzrə Azərbaycan çempionatı başlanıb.
Sportline.az xəbər verir ki, bu gün sablya növü üzrə qaliblər müəyyənləşib.
Kişilərin mübarizəsində Murad Əkbərov qızıl, Maqsud Hüseynli gümüş, Nahid Məmmədli və Saleh Məmmədov bürünc medal qazanıb.
Qadınların yarışında Valeriya Bolşakova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevinc Bünyatova gümüş, Anna Başta və Palina Kaspiaroviç bürünc medala sahib çıxıb.
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub.
Diplom və medalları mükafatçılara Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, vitse-prezidentlər Fərhad Kasimov və Fikrət Zeynalov, federasiya prezidentinin məsləhətçisi Yaşar Məmmədov təqdim edib.
Qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah yekun vurulacaq. Son yarış günündə şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.