"Qırmızı şeytanlar" onunla danışıqlara başladı

“Lester”in baş məşqçisi Brendan Rodcers “Mançester Yunayted”i çalışdıra bilər.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Ole-Qunnar Sulşerlə yolları ayırmağı planlaşdıran “mankunyanlar” 47 yaşlı mütəxəssislə danışığa başlayıb.

Klub rəhbərliyinin şimali irlandiyalı məşqçi ilə uğura nail olacaqlarını düşündüyü bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 6 oyundan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.