"Qırmızı şeytanlar"da yeni müqavilə
"Mançester Yunayted" futbolçusu Meyson Qrinvudla yeni müqavilə imzalayacaq.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılacaq.
Qeyd edək ki, Qrinvudun İngiltərə təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin yayı başa çatır. O, bu mövsüm 15 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.