"Qırmızı şeytanlar"dan gedir

"Mançester Yunayted"in futbolçusu Donni van de Bek bu yay komandadan ayrılmağa hazırlaşır.

Sportline.az "Daily Star"a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ona az oyun şansı verilməsindən narazıdır. O, buna görə də gələcəyini "Mançester Yunayted"də görmür. Van de Bek yaxın zamanlarda klubun meneceri Ed Vudvordla görüşəcək və vəziyyəti müzakirə edəcək.

Niderlandlı futbolçu "qırmızı şeytanlar"a ötən ilin yayında 44 milyon avroya "Ayaks"dan keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Van de Bek bu mövsüm Premyer Liqada 13 matçda 1 qol vurub.