"Qırmızı şeytanlar"dan geridönüş

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbərverir ki, "qırmızı şeytanlar" 30-cu turda doğma meydanda "Brayton"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Brayton" - 2:1
Qollar
: Uelbek, 13 (0:1), Reşford, 62 (1:1), Qrinvud, 83 (2:1)

Bu nəticədən sonra Ole-Qunnar Sulşerin baş məşqçisi olduğu komanda turnir cədvəlində 60 xalla 2-ci pillədə qərarlaşıb, "Brayton" isə 32 xalla 16-cıdır. Siyahıya 74 xalla "Mançester Siti" başçılıq edir.