Qitə nəhəngləri də buna görə "Qarabağ"a həsəd apara bilər

Çempionlar Liqasının II turunda ən çox tamaşaçı toplayan oyun "Qarabağ" - "Roma" matçı olub. Sportline.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşü 67200 nəfər tribunadan izləyib. Bu qarşılaşma  "Borussiya" - "Real" görüşünü də arxada qoyub. "Signal İduna Park"dakı oyunda tribunalarda 65849 nəfər olub. Siyahıda üçüncü yeri  "Atletiko" -  "Çelsi" matçı tutur. Bu oyunu 60643 azarkeş izləyib.