"Qolden Steyt Vorriors" "Minnesota"dan üstün oldu

Milli Basketbol Assosasiyasında (NBA) yarımfinal həyacanı davam edir.

Sportline.az xəbər verir ki, yarımfinalın ilk oyununda “Qolden Steyt Vorriors” “Tarqet Senter”də “Minnesota Timbervulvs”la qarşılaşıb. Matça daha fəal başlayan “Minnesota” ilk periodu 20:18 hesabı ilə öndə başa vurub. Böyük fasiləyə qədər toparlanan “Vorriors” hesabı öz xeyrinə dəyişməyi bacarıb. 44:31.

Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Qolden Steyt Vorriors” yekunda 99:88 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində kaliforniyalılar seriyada 1:0 önə keçiblər.

Matçın ən məhsuldar basketbolçusu Baddi Hild olub. 24 xal 8 ribaund 3 asist. “Minnesota Timbervulvs”da isə ən yaxşı nəticəni Entoni Edvards göstərib. 23 xal 14 ribaund 2 asist.