Qrimaldo üçün İspaniyadan təklif var
"Bayer"in ispaniyalı futbolçusu üçün "Barselona"dan təklif var.
Sportline.az jurnalist Fernando Polonun məlumatına istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans Flik 29 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Qrimaldo üçün "Bayer"in rəhbərliyi ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, təcrübəli futbolçu ötən mövsüm Leverkuzen klubunun heyətində 48 rəsmi matçda iştirak edib. Bu görüşlərdə 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.