Qrizmann rəsmən "Barselona"da

"Barselona" Antuan Qrizmannla münasibətləri rəsmiləşdirib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Hücumçu yeni komandasında 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Kataloniya klubu futbolçunun keçidinə görə Madrid "Atletiko"suna 120 milyon avro ödəyib.