Qrizmannın taleyi necə olacaq?

“Barselona” hücumçusu Antuan Qrizmann sabiq komandası “Atletiko”ya qayıtmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə fransalı futbolçunun meneceri Ektor Fernandes İspaniya mətbuatına açıqlamasında məlumat verib.

O, Qrizmannın Madrid klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.

Qeyd edək ki, Antuan Qrizmann “Barselona”ya ötən il 120 milyon avro qarşılığında “Atletiko”dan keçib. Onunla PSJ və "Yuventus"un maraqlandığı iddia edilir.