Qurban Qurbanov Gəncədə erməni terroru qurbanlarının xatirəsini yad etdi
"Qarabağ" bu gün futbol üzrə Azərbaycan çempionatının XXI turunda "Kəpəz"in qonağı olacaq.
Sportline.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Gəncə səfəri zamanı 2020-ci ildə Ermənistanın atdığı raket zərbəsi nəticəsində dağıdılmış yaşayış binasının ərazisini ziyarət edib, klub adından əklil qoyub.
Qurbanov dağıntılar zamanı valideynlərini itirmiş uşaqlarla da görüşüb, onlara klubun formalarını hədiyyə edib.
Ziyarət edənlər arasında Olimpia çempionu Mövlüd Mirəliyev də yer alıb.
Xatırladaq ki, terror hadisəsi nəticəsində 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı, həmçinin körpə Nilay hər iki valideynini itirib.